Rusiya haqqında iddia: Qara siyahıya salınıb

Rusiya haqqında iddia: Qara siyahıya salınıb
DÜNYA
13:26 23.06.2023
144
Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya ordusu və onun silahlı qruplarını Ukraynada uşaqları öldürmək və bir çox ciddi qanun pozuntularına yol verməklə "qara siyahı"ya salıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, BMT-nin hazırladığı 2022-ci ilin yanvar-dekabr ayları üçün "İllik silahlı münaqişələrdə olan uşaqlar” hesabatı ortaya çıxıb.

İddialara görə, "Rusiya silahlı qüvvələri və əlaqəli silahlı qruplar məktəblərə və xəstəxanalara hücumlar və geniş ərazini əhatə edən partlayıcı silahlardan, o cümlədən ağır artilleriya bombardmanları, raket sistemləri, raketlər və hava zərbələri, xüsusən əhalinin sıx məskunlaşdığı ərazilərdə uşaqları öldürdükləri üçün qara siyahıya salınıb, - deyə hesabatda bildirilib.

Hesabatda Rusiya qüvvələri və ona bağlı qrupların 477 uşağı öldürdüyü və 909 uşağı şikəst etdiyi qeyd edilib.

Gülay
OXŞAR XƏBƏRLƏR