Rusiya Hava Kosmik Qüvvələri Ukraynanın 16 hava hədəfini vurdu

Rusiya Hava Kosmik Qüvvələri Ukraynanın 16 hava hədəfini vurdu
DÜNYA
11:40 15.03.2022
358
Son sutka ərzində Rusiya Hava Kosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə sistemləri Ukraynanın 16 hava hədəfini vurub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə Ukrayna Hərbi Hava Qüvvələrinin bir Su-24 və Su-25 təyyarəsi, bir Mi-8 helikopteri və on üç pilotsuz uçuş aparatı, o cümlədən altı "Bayraktar TB-2" vurulub.

Operativ-taktiki və pilotsuz aviasiya ilə Ukraynanın 136 hərbi obyektinə, o cümlədən yeddi komanda məntəqəsi və rabitə mərkəzinə, dörd zenit-raket kompleksinə, üç reaktiv yaylım atəşi sisteminə, dörd radiolakasiya stansiyasına, bir elektron döyüş stansiyası, dörd sursat anbarı və 72 hərbi texnikanın toplanması sahəsinə zərbələr endirilib.
 
Kramatorsk yaxınlığındakı hərbi aerodromda Ukraynaya məxsus dörd Su-25 hücum təyyarəsi, bir Mi-24 helikopteri və beş Mi-8 helikopteri olan üç anqar məhv edilib.
 
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 156 pilotsuz uçuş aparatı, 1306 tank və digər zirehli döyüş texnikası, 127 reaktiv yaylım atəşi sistemi, 471 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1054 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.
 
Martın 14-də axşam saatlarında Quta-Mehiqorskaya qəsəbəsi ərazisində Rusiya hava-desant qoşunlarının bölmələri millətçilərin və xarici muzdluların yerləşdiyi məntəqəni ələ keçiribkər.
 
Rusiya desantçıları Qərb ölkələrinin Ukraynaya verdiyi Amerika istehsalı olan 10 ədəd "Javelin” tank əleyhinə raket komplekslərini və bir sıra digər silah növlərini ələ keçirib.
OXŞAR XƏBƏRLƏR