Rusiya hərbçiləri Xersonda mülki şəxslərin olduğu avtobusu PUA ilə vurub

Rusiya hərbçiləri Xersonda mülki şəxslərin olduğu avtobusu PUA ilə vurub
DÜNYA
21:58 09.08.2025
207
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson şəhəri ətrafında mülki avtobusu pilotsuz uçuş aparatı ilə vurması nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bu barədə Xerson vilayətinin dövlət administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegram kanalında məlumat verib.

"Rusiya hərbçiləri Xerson şəhərətrafı ərazilərdə qəsdən pilotsuz təyyarə ilə avtobusu vurublar. Təxminən 50 və 70 yaşlı iki kişi həlak olub. Hazırda müvafiq xidmətlər həlak olanların şəxsiyyətini müəyyənləşdirir. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm ”, - o yazıb.

Prokudinin sözlərinə görə, 10 qadın və 6 kişi olmaqla 16 nəfər yaralanıb: "Bu arada təcili yardım briqadası ağır yaralanan bir nəfəri qonşu rayona təxliyə edib. Həmçinin həyati orqanlarından ağır xəsarət alan 4 sərnişin hazırda reanimasiyadadır”.
 
/Report
OXŞAR XƏBƏRLƏR