Ermənistanın “Lragir.am” saytına görə, Rusiya və Ermənistan arasında formalaşmış münasibətlər sanki formal əməkdaşlıq xarakteri daşıyır. Oliqarx burjuaziyasının mövcud olduğu bir zaman qeyri-sabit regionda yerləşən kiçik dövlətlə anlaşılmaz daxili və xarici prioritetləri olan nəhəng nüvə dövləti arasında bu nə qədər mümkündür?! Təəssüf ki, Ermənistanda “siyasi sinif” də daxil olmaqla Rusiyaya qarşı ideal baxışlar tükənməyib. İsraillə ABŞ-ın münasibətlərini, İsrailin öz strateji müttəfiqinin siyasəti əleyhinə daim mübarizə apardığını misal göstərməyə dəyər: Strateji tərəfdaşlıq anlayışı birmənalı çərçivələrə və qaydalara sığmır, həmin münasibətlərin ayrı-ayrı hallarda müxtəlif məzmunu var. Hazırda Ermənistan-Rusiya münasibətlərinə kölgə salmış və antirusiya əhval-ruhiyyəsinə çevrilmiş bir çox problemlərin qarşısını almağa müyəssər olmamışıq. Siyasi müşavirələrə, xarici siyasətə və təhlükəsizliyə dair qərarları razılaşdırnaq məsələsi bir çox müsbət məsələlərlə yanaşı həll olunmamış qalır. Prinsipcə, müxtəlif çəki dərəcəsində olan ölkələr arasında bu cür problemin həlli mümkündürmü? Həmin problemin hələlik yaxın vaxtlarda həll olunmayacağı ilə bağlı arqumentlər daha çoxdur. Ermənistanla Rusiya arasında qarşılıqlı müşavirələr qaydası tətbiq olunsa, Rusiya təkcə Cənubi Qafqazda deyil, həm də Qərb ictimaiyyəti ilə münasibətlərdə olduqca mürəkkəb vəziyyətdə olar. Rusiya öz-özlüyündə “paritet” konsepsiyanı qəbul etməyə icazə verməyib, bir sözlə, imtina edib. Yəni Rusiya dövlətinin ənənələrində regionun müəyyən dövlətlərinə qarşı selektor münasibəti yoxdur. Rus elitası və siyasi layihəçiləri bu cür siyasətə hazır deyildilər, Rusiya regionun bir dövləti üzərinə kart oyununda olduğu kimi, stavka qoyarkən regionun başqa bir dövlətini tərəfdaşlığa məcbur edə bilərdi. Amma “paritet” siyasət üçün bir çox siyasi resurslar lazımdır ki, bunlardan da daha böyük dövlət faydalana bilər. Moskva hətta Sovet İttifaqı dövrü “paritet” prinsipini həyata keçirə bilmirdi. Lakin Moskvada olduqca özünəməxsus ideya formalaşıb ki, şəxsi və qrup mənafeyi nəticəsində xarici siyasətdə “paritet” ideyasını heç cürə qavramır. Bəlkə də Moskvada xarici siyasi qərarlar qəbul etmək məsələsində problemlər var.
Ancaq siyasi müşavirələr praktikasının tətbiqini məhdudlaşdıran başlıca amil Rusiyanın Türkiyə ilə sıx tərəfdaşlığa nail olmaq və Ermənistanın milli mənafelərini Türkiyə ilə problemlərlə razılaşdırması ilə əvəz etmək cəhdidir. Rusiya Azərbaycanı bu cür öz təsir zonasına cəlb etməyə çalışır və onu müasir silahla təchiz edir ki, bu da Ermənistanın təhlükəsizliyini və Rusiya ilə tərəfdaşlıq münasibətlərini şübhə altına qoyur. Nəticədə Rusiya Türkiyəyə və Azərbaycana öz tərəfdaşları, Ermənistana isə vassalı kimi baxır. Rusiya Ermənistanı suveren xarici siyasətdən və beləliklə, dövlətçilikdən, Qərbin qabaqcıl qurumuna-Avropa İttifaqına inteqrasiyadan imtina etməyə məcbur edib və bununla onun beynəlxalq aləmdən təcrid olunmasına və blokadada qalmasına səbəb olub. Ermənistan hazırda maliyyə-iqtisadi sistemli böhrana sürüklənib ki, o, Rusiya ilə olsa da bundan yaxa qurtarmaq mümkün deyil. Ölkə süqut və qeyri-kompetent vəziyyətdə qalıb. ABŞ və onun tərəfdaşları Cənubi Qafqazda, habelə Şərqi Avropada və Avrasiyada sadəcə “paritet” siyasət deyil, həm də identik, birünsürlü, lakin qeyri-balanslı “arenanın” formalaşması baş verərkən, həmin super region yeni prioritetlərlə və məqsədlərlə yeni münaibətlərə cəlb olunarkən kifayət qədər balanslı universalizm siyasəti aparır. Bu siyasi və geoiqtisadi ekspansiya iqtisadiyyat və təhlükəsizlik sahəsində öz tərəfdaşlarının tələbatlarını nəzərə alan Rusiyanı onlarla bu cür münasibətlər qurmaq imkanından məhrum edir.
Ziddiyyətli inkişaf meylləri olan Atlantika və Avrasiya blokları arasında təsir uğrunda mübarizə gedir. Ermənistanla Rusiyanın münasibətlərini isə bu kontekstdən kənarda müzakirə etmək ictimaiyyəti çaşdırmaq olardı. Lakin Avrasiya bloku artıq süqut edib, Atlantika bloku isə bəzi böhranlı təzahürlərə baxmayaraq, varlığını davam etdirir. Eyni zamanda bu geosiyasi quruluş Ermənistan-Rusiya münasibətlərində ikinci və üçüncü dərəcəli amilləri azaltmır. Moskvada həmin münasibətləri şübhə altına qoyan, Ermənistanın NATO-ya inteqrasiyasını və cəlb olunmasını proqnozlaşdıran qiymətlər yayılıb. Bu həqiqətən konkret məsələdir və Rusiya bu cür problemlərinin olduğunu görməməzliyə vura bilməz. Lakin qəribəsi odur ki, Ermənistanın siyasi rəhbərliyi onun NATO-ya üzvlüyü məsələsinin, lobbiçilik edənin, yaxud həmin ideyani irəli aparanın, o cümlədən bu mövzuda müzakirənin olmadığını müntəzəm olaraq bəyan edir, lakin Moskvada bu qiymətlər daha da güclənir. Siyasi qüvvələr vəziyyətlə bağlı problemlərlə məşğuldurlar və NATO ilə münasibətlərə dair təsəvvürləri yoxdur. Sol siyasi sektorun olmadığı şəraitdə, hər halda Ermənistanda sol əhval-ruhiyyələr kifayət qədər geniş yayılıb ki, bu həmçinin ictimaiyyətin NATO-ya üzvlük cəhdini gücləndirmir. Hərbi dairələrdə NATO-ya qarşı bəlkə də maraq var, lakin aydın olub ki, həmin maraq silah və hərbi quruculuq məsələlərində özünü göstərir. Hər halda erməni hərbçiləri arasında təcrid olunmaq narahatlığı var, çünki NATO-nun proqramında alyansı genişləndirmək məsələsi var. Eyni zamanda hərbçilərin əksər hissəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ölkənin təhlükəsizliyinin təminatının alternativi hesab edir. 2006-cı ilin martında Londonda Ermənistanın NATO-ya inteqrasiyası mövzusunda Britaniyanın 12 qabaqcıl hərbi və siyasi ekspertinin iştirakı ilə “beyin hücumu” keçirildi. Ekspertlər aşağıdakı qənaətə gəldilər: mühüm olan Ermənistanın NATO-ya üzvlük texnologiyası deyil, Ermənistanın KTMT-dən və Rusiya ilə müqavilədən çıxmaq texnologiyasıdır. Avropa İttifaqı Ermənistana hətta minimum şərtlər təklif etməyib və bununla 3 sentyabr qərarı ilə qınayıb. Avropa İttifaqı ilə münasibətlər hazırda dondurulub və bunları yaxın perspektivdə dirçəltmək mümkün olmayacaq. İndi məsələ aydındır: Ermənistan-Rusiya münasibətləri məhdudlaşmalı, Rusiya hərbi bazası isə Ermənistandan çıxarılmalıdır.
///İnformator.az