""Rusiya “ildırımsürətli” müharibədə istədiyi nəticələri əldə edə bilmədi" - Azərbaycanlı politoloq

""Rusiya “ildırımsürətli” müharibədə istədiyi nəticələri əldə edə bilmədi" - Azərbaycanlı politoloq
DÜNYA
14:11 01.03.2022
702
Xəbər verdiyimiz kimi, ötən gün Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa tutub.
 
Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil. Hələ ki mətbuata hər hansı açıqlama verilməyib. Bəs bu danışıqlar prosesi haqda gözləntilər nələrdir? Müharibə danışıqlar yolu ilə dayandırıla bilərmi?
 
Politoloq Tural İsmayılov AZXEBER.COM-a açıqlamasında danışıqlar prosesi haqda fikirlərini bildirib.
 
O, qeyd edib ki, iki ölkə arasındakı gərginlik sadəcə olaraq bir danışıqla yekunlaşacaq deyil: "Rusiya ilə Ukrayna arasındakı gərginlik sadəcə olaraq bir danışıqla yekunlaşacaq deyil. Ümumilikdə bu prosesin normal atəşkəs rejiminə qayıtması və Rusiya ilə Ukrayna arasındakı savaşın dayanması üçün danışıqlar prosesi sürətli, çevik mərhələli şəkildə olmalıdır. Yoxsa, təkcə bir görüşlə, zorla razılaşdırılmlış formada Belarusda keçirilən hansısa masa ətrafındakı toplantıların prosesə ümumilikdə xeyiri olacağını düşünmürəm. Bu məsələlərin həll olunması üçün neytral şəhərlər seçilməlidir və daha əvvəl Ukrayna prezidenti Zelenskinin də vurğuladığı kimi Bakı və ya İstanbul kimi neytral şəhərlərdən birini təşkil etmək olar. Tərəflərin razılığına gələ bilməsi üçün Rusiya bütün Ukrayna ərazisinə yeritdiyi qoşunlarını geri çəkməlidir.
 
 
Politoloq Rusiyanın da şərtləri haqda danışıb:
 
Eyni zamanda Rusiyanın da Ukraynadan tələbləri var. Bu tələbələrdən biri də ondan ibarətdir ki, Rusiya NATO ilə arasında siyasi məsafə qoymalıdır və NATO qüvvələrinin Ukraynada mövcudluğunun qarşısı alınmalıdır. Ukrayna Rusiya ilə normal münsibətlər qurduğunu sübut etməlidir. Təbii ki, razılıq üçün Rusiyanın əsas şərtlərindən biri Krımın Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınmasıdır ki, düşünürəm, bu danışıqlar prosesini çətinləşdirəcək. Çünki Ukrayna heç bir halda Krımı Rusiyanın ərazisi kimi tanımayacaq”.
 
Tural İsmayılov həmçinin müharibənin bir müddət də davam edəcəyini düşündüyüyün qeyd edib: "Baş verən proseslər göstərir ki, Rusiya qısa zamanda planlaşdırdığı "ildırımsürətli” müharibədə istədiyi nəticələri əldə edə bilməyib. Ümumilikdə bu prosesdə Ukrayna xalqı, dövləti və ordusu böyük müqavimət göstərməyi bacarır. Ona görə də, mən hələ müharibənin bir müddət də davam edəcəyini düşünürəm. Bütövlükdə isə Rusiya və onun rəhbərliyinin atacağı addımları əvvəlcədən planlaşdırmaq mümkün olmadığı üçün proseslərin sonunun daha fəlakətli olmamağı üçün Rusiya ilə mütləq danışıqlar əldə edilməlidir. Dünya tərəfindən Rusiyaya edilən sanksiyaların o qədər də effektiv olduğunu düşünmürəm. İstənilən halda bu məsələni Ukrayna rəhbərliyi və Rusiya rəhbərliyi həll etməlidir. Hər iki qohum xalqın və iki qonşu dövlətin arasındakı bu problem mütləq şəkildə həll edilməlidir”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR