"ABŞ-la münasibətlərdə gündəm acınacaqlıdır”
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O, ABŞ-da keçiriləcək seçkiləri şərh edərkən bildirib ki, kimin hakimiyyətə gəlib-gəlməyəcəyindən asılı olmayaraq, Rusiya-Amerika münasibətlərində total böhranı idarə etməsi lazımdır:
"Hazırda ABŞ və Rusiya münasibətlərinin acınacaqlı vəziyyətdə olduğunu demək olar. Bəzi aspektlərdə vəziyyətin daha da kəskinləşməsi təhlükəsi var.”, - deyə S.Ryabkov vurğulayıb.
Şəbnəm Zahir