Rusiya ilə Azərbaycanın arasını vurmaq istəyənlərə - SƏRT CAVAB

MƏDƏNİYYƏT
15:35 20.05.2013
2423

Azərbaycan İctimai Televiziyasının direktoru Cəmil Quliyev “Eurovision-2013” beynəlxalq mahnı müsabiqəsində azərbaycanlı tamaşaçıların verdikləri səslərin Rusiyanın xeyrinə hesablanması faktı ilə əlaqədar bəyanat verib. Bəyanatda deyilir:

“Rusiya məhz elə bir dövlətdir ki, Azərbaycanı bu ölkə ilə bir çox dəyərlər bağlayır, bunlar həm ümumi maraqlardır, ümumbəşəri dəyərlərdir, həm də ümumi tarixdir.Bugünkü gündə Azərbaycan və Rusiyanın mədəniyyət və yaradıcılıq əlaqələri bir çox ölkələr, o cümlədən, yaxın xarici ölkələr üçün yaxşı nümunə ola bilər. Rusiyanın Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə iştirak edən müxtəlif yaradıcılıq kollektivlərinin vokal və artistik istedadları anşlaqlarla müşayiət olunur. Azərbaycanı təmsil edən ifaçılar da Rusiya auditoriyası tərəfindən eyni səmimiyyətlə qarşılanır. Buna bariz nümunə kimi, Rusiya tamaşaçısının Azərbaycan təmsilçisinə “”Eurovision-2013” mahnı müsabiqəsində verdiyi yüksək balı göstərə bilərik.Onu da qeyd etmək lazımdır ki, verilən yüksək qiymət Rusiya tamaşaçısının ölkəmizin təmsilçilərinin yaradıcılığına göstərdiyi ehtiramın göstəricisidir.Azərbaycan İctimai Televiziyasının milli mobil operatorlarından əldə etdiyi məlumatlara əsasən, Rusiya ifaçısı Dina Qaripova SMS-səsvermənin yekunlarına görə ikinci yeri tutub ki, bu da sözsüz, Azərbaycanın Rusiyanın xeyrinə verdiyi milli səsvermədəki yüksək yekun balı təmin etməli idi. Qeyd edək ki, milli münsiflər heyəti də Rusiyaya yüksək bal verib.Ciddi narahatlıq və heyrət doğuran hal isə odur ki, Azərabycandan verilən səslərin finaldakı hesablanması zamanı Rusiyaya bir bal belə verilməyib. Və başa düşmək olar ki, nə üçün bu gün ictimaiyyətin nümayəndələri, ziyalı təbəqəsindən olan şəxslər, eləcə də yaradıcı insanlar sözügedən faktla bağlı belə hiddət və narazılıq ifadə etməkdədirlər. Biz onların bu fikri ilə tam razıyıq ki, Rusiya bu il mahnı müsabiqəsində gözəl musiqi nömrəsi və güclü ifaçı ilə çıxış edib.Hesab edirik ki, SMS-səsvermənin yekunlarına görə, Azərbaycan tamaşaçısının “Eurovision-2013” mahnı müsabiqəsində Rusiya ifaçısına verdiyi yüksək qiymət, eləcə də Azərbaycanın münsiflər heyətinin verdiyi yüksək bal elan olunan balla eynilik təşkil etmir.Səmimi qəlbdən ümid edirik ki, bəlkə də bu işdə maraqlı olan müəyyən qruplar vasitəsilə əvvəlcədən planlaşdırılan bu hal Rusiya və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinə kölgə salmayacaq”.

OXŞAR XƏBƏRLƏR