Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixailo Podolyak Rusiya nümayəndə heyəti ilə danışıqların martın 21-də davam etdiriləcəyini təsdiqləyib.
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə M.Podolyak Ukraynanın "Strana" nəşrinə deyib.
"Bəli, əlbəttə. Bugün. Növbəti raund. Bundan əvvəl işçi alt qruplarda son dərəcə gərgin iş aparılıb", - deyə o bildirib.