Rusiya ilə Ermənistan arasında Roma statusu ilə bağlı gərginlik yaranıb.
AZXEBER.COM xəbər verir ki, Ermənistan Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutusu məsələsinə dair hüquqi qərarı üzrə ikitərəfli saziş imzalamağı təklif edib.
Ermənistanın beynəlxalq-hüquqi məsələlər üzrə nümayəndəsi Eqişe Kirakosyan bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
"Roma statutunun ratifikasiyası halında Moskvanın narahatlığını aradan qaldırmaq üçün Rusiyaya ikitərəfli saziş bağlamağı təklif etmişik”, - deyə o bildirib.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ermənistan Rusiyanın Roma Statutunun tərəfi olmadığını yaxşı bilir.
Ermənistanın BCM-nin Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı verdiyi qərardan xəbərdar olduğuna işarə edən Peskov deyib: "Bu, bizə qarşı son dərəcə düşməncəsinə bir qərardır. "Bu, təsdiq edə biləcəyimiz bir vəziyyət deyil".
Qeyd edək ki, son vaxtlar Rusiya ilə Ermənistan arasında münasibətlər gərginləşdiyi halda, Rusiya Xarici İşlər Nazirliyi bu yaxınlarda Ermənistana "qeyri-dost” addımlar atdığını əsas gətirərək ona nota verib.
Ayşən