Rusiya ilə İngiltərə arasında gərginlik davam edir – Səfir Rusiya XİN-ə çağırıldı

Rusiya ilə İngiltərə arasında gərginlik davam edir – Səfir Rusiya XİN-ə çağırıldı
DÜNYA
14:28 03.11.2022
212
Böyük Britaniyanın səfiri Rusiya XİN-ə çağırılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert Sevastopolda Rusiyanın Qara dəniz donanmasına hücumla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Britaniyalı səfirin gəlişi zamanı Rusiya XİN-in binasının girişində bir qrup etirazçı "Britaniya terrorçu ölkədir” şüarını səsləndirib.

Təxminən yarım saat nazirlikdə qalan Bronnert görüşündən sonra jurnalistlərin suallarını cavablandırmadan binanı tərk edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR