Rusiya indiyədək Azərbaycana 12 min COVID-19 testi göndərib

SAĞLAMLIQ
10:41 08.09.2020
391
Rusiya 39 ölkəyə indiyədək 1 066 200 koronavirus testi göndərib.

Bu barədə məlumatı Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti yayıb.

Testlərin böyük qismi – 699 700-ü MDB dövlətləri və qondarma Abxaziya və Cənubi Osetiya respublikalarına çatdırılıb.  

MDB dövlətləri arasında ən az COVID-19 testi Azərbaycana göndərilib – 12 000. Bu göstəriciyə görə lider ölkələr Qırğız Respublikası (157 000), Özbəkistan (138 500) və Ermənistandır (100 000).

Bildirilib ki, statistika sentyabrın 4-dək qeydə alınan tədarüklərə əsaslanıb.  
 
///Report

OXŞAR XƏBƏRLƏR

X Mostbet