Rubl ucuzlaşmağa davam edir - Məzənnə kəskin dəyişdi

DÜNYA
13:54 12.05.2022
14908
Rusiya Mərkəzi Bankı 90-cı illərdən bəri ən böyük böhranı yaşayır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı öz hesabatında müharibədən sonra başlayan böhranın 90-cı illərdən bəri Rusiya iqtisadiyyatı üçün ən mühüm çətinliklərindən biri olduğunu bildirib.

Bundan başqa, hesabatda Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların 2024-cü ilə qədər davam etməsinin gözlənildiyi bildirilib. 

Rusiyanın əsas ixrac məhsullarını endirimli qiymətlərlə satmağa davam edəcəyi ilə bağlı fikirlərin yer aldığı hesabatda bu vəziyyətin Rusiya ixracına dəyər baxımından mənfi təsir göstərəcəyi bildirilib.

Rusiyanın xarici ticarətdəki həcminin azalmasının yeni imkanlar yaradacağına diqqət çəkən hesabatda daxili bazarda ticarətin payının Rusiya iqtisadiyyatında artacağı proqnozu paylaşılıb.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR