Rusiya İsveçdən qovulan 5 rus diplomata qarşı 5 isveçli diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsveç aprel ayında 5 rusiyalı diplomatı ölkədən çıxardıqdan sonra Rusiyadan qisas gəlib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, ötən ay İsveçdən qovulan rus diplomatlara qarşı Rusiyada çalışan 5 isveçli diplomatın ölkədən çıxarılacağı açıqlanıb.
İsveçin rus diplomatlarını ölkədən çıxarmasını "düşmən addımı” kimi qiymətləndirən bəyanatda İsveç diplomatlarının ölkədən çıxarılması qərarının iki ölkə arasındakı münasibətlərdə "əks tendensiya”ya cavab olaraq verildiyi vurğulanıb.
Qeyd edək ki, ötən il Rusiyanın Ukraynaya müdaxiləsindən sonra İsveçin NATO-ya üzvlüyü prosesinin başlaması ilə iki ölkə arasında münasibətlər pisləşməyə başlayıb.
Mikayıl