Rusiya ordusu uşaq xəstəxanası da daxil olmaqla Kiyevdə bir çox bölgəyə hücum edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Okhmatdyt" uşaq xəstəxanası da daxil olmaqla, müxtəlif məntəqələrə edilən hücumlarda zərər çox olub.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada hücumda həyatını itirənlərin sayının 4-ü uşaq olmaqla 38-ə, yaralıların sayının isə 190-a yüksəldiyi bildirilib.
Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında hücumlarla bağlı paylaşım edib:
"Rusiya terrorçuları buna görə cavab verməlidirlər. Yalnız narahatlıq terroru dayandırmır. Onları vurmaq lazımdır. Rus döyüş təyyarələrinin məhv edilməsi lazımdır".
Nəzrin