Rusiya: Kiyevdə və Odessa limanında hərbi anbarları vurduq

Rusiya: Kiyevdə və Odessa limanında hərbi anbarları vurduq
DÜNYA
11:36 28.08.2026
135
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev vilayətində və Odessa limanında hərbi anbarlara zərbələr endirildiyini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya ordusu Ukrayna ordusunun istifadə etdiyi logistika mərkəzlərinə və liman infrastrukturuna qarşı hücumları davam etdirib.

Bildirilib ki, gecə saatlarında Kiyev vilayətində qanadlı raketlərin hissələri və yanacağın saxlanıldığı anbar, Odessa limanında isə 6 hərbi anbar pilotsuz uçuş aparatları (PUA) ilə vurulub.

Rusiya Müdafiə Nazirliyi zərbələrin Ukrayna ordusunun hərbi-logistika infrastrukturuna qarşı həyata keçirildiyini bildirib. Məlumatın müstəqil şəkildə təsdiqlənmədiyi qeyd olunur.
 
Gülay
OXŞAR XƏBƏRLƏR