Xamenei "Rusiya Kiyevi dağıtdığı SİHA-ları İrandan alıb?” sualını cavablayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei paytaxt Tehranda keçirilən "Hörmətli Akademiklər” toplantısında çıxış edib.
Xamenei SİHA-ların Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya satıldığı iddiaları ilə bağlı deyib: "Əvvəllər İranın pilotsuz uçan aparatları və raketləri ilə bağlı paylaşılan görüntülərin fotoşop olduğunu deyirdilər. İndi bu SİHA-ların çox təhlükəli olduğunu deyirlər. Bizə "Niyə sən bunları buna satırsan, niyə verirsən?”, deyə suallar ünvanlanır”.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Ukrayna müharibəsində istifadə üçün İrandan Rusiyaya silah, o cümlədən silahlı pilotsuz təyyarələrin göndərilməsi ilə bağlı iddiaları bir daha təkzib edərək, "İran Ukrayna ilə görüşməyə və danışıqlara hazırdır” deyib.
Ayşən