Rusiya Kiyevi yenidən atəşə tutdu - ölən və xəsarət alanlar var

Rusiya Kiyevi yenidən atəşə tutdu - ölən və xəsarət alanlar var
DÜNYA
11:36 18.03.2022
265
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevin Podolsk rayonundakı yaşayış məhəllələrini atəşə tutuması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Bu barədə Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, raket zərbəsinin endirildiyi ərazidə yanğın başlayıb.

10:54

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevin Podolsk rayonundakı yaşayış məhəllələrini atəşə tutub.

Bu barədə Kiyev Şəhər Administrasiyası teleqramda məlumat yayıb.

"Hadisə yerində artıq xilasedici və tibb işçiləri fəaliyyət göstərir. Yaşayış binalarının dağıntı xarakteri, miqdarı və zərərçəkmişlərin sayı dəqiqləşdirilir”, - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR