Rusiya klubu Azərbaycanda işləmiş baş məşqçi ilə yollarını ayırdı

Rusiya klubu Azərbaycanda işləmiş baş məşqçi ilə yollarını ayırdı
İDMAN
20:11 09.08.2022
303
Rusiyanın "Ximki" klubu baş məşqçisi Sergey Yuranla yollarını ayırıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə klubun Müşahidə Şurasının üzvü Roman Teryuşkov məlumat verib.

O, 53 yaşlı mütəxəssisin müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyini bildirib.

Teryuşkov yaxın vaxtlarda müvafiq sənədlərin imzalanacağını və baş məşqçiyə kompensasiya ödəniləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Sergey Yuranın "Ximki" ilə müqaviləsi 2022/2023 mövsümünün sonunda başa çatmalı idi. Fevralda baş məşqçi təyin olunan mütəxəssis 2008 və 2020-ci illərdə də bu komandaya rəhbərlik edib. Yuran 2011-ci ildə Azərbaycanda "Simurq"da eyni vəzifəni yerinə yetirib.
OXŞAR XƏBƏRLƏR