Rusiyanın "Fakel" klubunun yeni baş məşqçisi bəlli olub.
Komanda Dmitri Pyatibratova tapşırılıb.
Mütəxəssis bu postda İqor Çerevçenkonu əvəzləyib.
Qeyd edək ki, D.Pyatibratov 2022-ci ilin sentyabrından 2023-cü ilin aprelinədək "Fakel"in baş məşqçisi olub. Klub onun rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanıb. "Fakel" hazırda 4 turdan sonra 1 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb.