"AZAL-ın təyyarəsinin vurulmasından sonra Azərbaycanla Rusiya arasındakı münasibətlər korlandı. Münasibətləri yenidən əvvəlki səviyyəyə qaldırmaq üçün müəyyən şərtlər var. Bunlardan ən mühümü məhz təyyarədə ölən yaralananlara verilməli olan kompensasiyadır".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında politoloq İlyas Hüseynov Rusiyanın ötən gün feyk informasiya yayaraq kompensasiya adı altında 11 milyon sığorta ödənişi ödəməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, Rusiya kompensasiyanı ödəmək əvəzinə, yalan danışaraq münasibətləri daha da korlayır:
"Əfsuslar olsun ki, Rusiya kompensasiyanı ödəyib, münasibətləri düzəltmək əvəzinə, yalan informasiya yayaraq kompensasiyanı ödədiyini bildirir. Onların Azərbaycana ödəməli olduğu kompensasiya 6 aydır ki, icra olunur, amma ortada heç nə yoxdur. Rusiyanın ödədiyi sığorta ödənişidir. Biz isə kompensasiyaları tələb edirik. Rusiya XİN başa düşmür ki, yalanlar danışaraq Azərbaycanla münasibətlər düzəldə bilməz, əksinə daha da korlana bilər. Bu da məlumdur ki, Azərbaycanın kompensasiya tələbi hələ də qüvvədədir. Bu, icra olunarsa, Rusiya tərəfi üçün xoş olar, olunmazsa, Azərbaycanla münasibətlər daha da sərtləşəcək".
Mikayıl Mirzəzadə