Rusiya koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında 11-ci sıraya yüksəldi

Rusiya koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında 11-ci sıraya yüksəldi
DÜNYA
15:44 17.04.2020
1202
Rusiya koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında 11-ci sıraya yüksəlib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, bu gün Operativ Qərargahın açıqladığı rəqəmlərdən sonra Rusiya COVİD-19-a yoluxmaların sayına görə, Braziliya, Niderland və Kanadanı qabaqlayaraq 14-cü yerdən 11-ci yerə yüksəlib.

Qeyd edək ki, Rusiyada bu günə kimi koronavirusa yoluxanların sayı 32 008 nəfərdir.
OXŞAR XƏBƏRLƏR