Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

İDMAN
19:59 23.09.2022
352
"StavropolAqroSoyuz” və "Nefteximik" komandaları arasında keçirilməli olan Rusiya Kubokunun 1/32 final mərhələrinin oyunu ölkədə elan olunmuş qismən səfərbərliyə görə baş tutmaya bilər.

Bu barədə Stavropol təmsilçisinin baş məşqçisi Kirill Eydelnant yerli mətbuata açıqlama verib.

Mütəxəssis bildirib ki, komandanın 3 üzvü ordu sıralarına çağırılıb. O, sərəncamında qalan 13 futbolçu ilə I Liqa təmsilçisinə qarşı kubok görüşünə çıxmayacaqlarını söyləyib: "Komandada döyüş təcrübəsi olan uşaqlar var. İlk növbədə bir müdafiəçimiz, ardınca isə hər oyunda qol vuran 2 hücumçumuz bizdən ayrılacaq".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib.
OXŞAR XƏBƏRLƏR