Rusiya: Kursk yaxınlığında Ukrayna ordusuna məxsus bomba məhv edilib

DÜNYA
15:17 28.08.2024
133
Ukraynaya məxsus bomba məhv edilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Federal Milli Qvardiya Xidməti (Rosqvardiya) Ukrayna ordusunun atdığı ABŞ istehsalı kaset bombasının Kursk Atom Elektrik Stansiyasının yaxınlığında məhv edildiyini bildirib.

Rosqvardiya tərəfindən edilən yazılı açıqlamada, Kursk AES-dən 5 kilometr aralıda Ukrayna ordusuna aid partlamamış kaset bombasının aşkar edildiyi bildirilib.

Qeyd edək ki, avqustun 6-da Ukrayna ordusunun başlatdığı hücumlardan sonra Rusiyanın Kursk vilayətində şiddətli qarşıdurmalar başlayıb.

Rusiya prezidenti Vladimir Putin avqustun 22-də verdiyi açıqlamada Ukraynanın Kursk AES-ə hücuma cəhd etdiyini bildirib.


OXŞAR XƏBƏRLƏR