Rusiyadan Litva və Aİ-yə XƏBƏRDARLIQ

Rusiyadan Litva və Aİ-yə XƏBƏRDARLIQ
DÜNYA
22:54 08.07.2022
422
Bəzi malların Kalininqrada və oradan tranziti bərpa olunmasa, Rusiya Litva və Avropa İttifaqına "sərt tədbirlər" tətbiq edəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

"Əgər vəziyyət yaxın günlərdə sabitləşməsə, o zaman Rusiya Litva və Aİ-yə qarşı sərt tədbirlər görəcək. Məsələnin həlli çox uzun çəkdi", - deyə Zaxarova bildirib.

Qeyd edək ki, NATO-nun üzvü olan Litva Aİ-nin sanksiyalarına məruz qalan malların öz ərazisindən Baltikyanı eksklava və oradan tranzitinə qadağa qoyub.
OXŞAR XƏBƏRLƏR