Rusiya Lvov və Volın şəhərlərinə hava zərbələri endirdi: Ölən və yaralananlar var

Rusiya Lvov və Volın şəhərlərinə hava zərbələri endirdi: Ölən və yaralananlar var
DÜNYA
14:52 15.08.2023
299
Rusiyanın Ukraynanın qərbindəki Lvov şəhəri və Volın vilayətinə endirdiyi hava hücumu nəticəsində 3 nəfər həlak olub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edir.
 
Ukrayna hakimiyyəti Rusiya ordusunun gecə saatlarında Ukraynanın qərbində yerləşən Lvov şəhəri və Volın vilayətinə hava hücumu təşkil etdiyini açıqlayıb.
 
Aviazərbələr nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb.
 
Volın vilayətinin qubernatoru Yuriy Poulyaiko verdiyi açıqlamada "Rusiya ordusu Volın vilayətinin Lutsk şəhərində sənaye müəssisəsinə hücum edib. Burada ölüm halları qeydə alınıb. Yaralılar xəstəxanaya çatdırılıb. Lvovda azı 15 nəfər yaralanıb. 6 dron onlarla binanı və uşaq bağçasının bağçasını vurub. Burada 10 yaşlı uşaq dünyasını dəyişib”, - deyə o bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR