Ukrayna Müdafiə Naziri Aleksey Reznikov bir daha NATO-nu ölkənin səmasını bağlamağa çağırıb.
AZXEBER.COM xəbər verir ki, nazir bu haqda status yazıb:
"Bu Avropa Birliyi və NATO sərhədlərindəki sülh və təhlükəsizliyə qarşı yeni bir terror aktıdır. Bunu dayandırmaq lazımdır. Səmanı bağlayın!"
Qeyd edək ki, bu səhər Lvova atılan raket zərbələri nəticəsində 9 nəfər ölüb, 57 nəfər yaralanıb. Zərbə vurulan yer Polşanın 25 km-liyində yerləşir.