Rusiya mediasından iddia: "Türkiyə ruslara yaşamaq icazəsi verməyi dayandırdı"

Rusiya mediasından iddia: "Türkiyə ruslara yaşamaq icazəsi verməyi dayandırdı"
DÜNYA
12:19 24.01.2023
201

Ukraynada 11 aydır davam edən müharibə səbəbindən minlərlə Rusiya vətəndaşı Türkiyəyə axın edərkən, Rusiya mətbuatında diqqətçəkən bir iddia ortaya atılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında bir ilə yaxındır davam edən müharibədən ən çox zərər çəkən ölkələrdən biri də Türkiyə olub. Sanksiyalar və qismən səfərbərlik qərarı səbəbiylə bir çox rus ölkəni tərk edərək Türkiyə şəhərlərində yeni həyata başlayıb.

Xüsusilə müharibədən əvvəl çoxlu rusu qəbul edən Antalyada rus əhalisinin nisbəti sürətlə artıb. Türkiyədə 2022-ci ildə əcnəbilərə mənzil satışı bir əvvəlki ilə görə yüzdə 15,2 artımla rekord qırıb.

"Moskva Times” qəzetinin xəbərinə görə, Türkiyə son zamanlar bir çox rus vətəndaşının yaşayış icazəsi müraciətlərini rədd edib. Xəbərdə, dekabrın 26-dan etibarən Rusiyanın bəzi şəhərlərində turizm məqsədli qısamüddətli yaşayış icazəsi müraciətlərinin rədd edildiyi bildirilib.

Rusiya mətbuatı xəbər verir ki, Türkiyə rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.

Ayşən

OXŞAR XƏBƏRLƏR