Rusiya mənbələri təsdiqlədi - Xankəndi yaxınlığında S-300-lər sıradan çıxarıldı

DÜNYA
12:11 01.10.2020
10467

Ermənistan ordusunun S-300 hava hücumundan müdafiə sistemlərinin Xankəndindən şimalda yerləşən mövqe rayonları Azərbaycan ordusunun atəşi və zərbələri altına düşüb. Virtualaz.org xəbər verir ki, bu haqda Azərbaycan Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumatı Rusiya mənbələri də təsdiqləyir.

Avia.pro qeyd edir ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi kamikadze-dronun S-300 kompleksinin buraxılış qurğusuna zərbə endirdiyinə dair videokadrları paylaşıb. Lakin daha sonra məlum olub ki, Azərbaycan daha bir S-300 kompleksinə hücum edib. Həmin kompleks Xankəndindən şimalda yerləşir və həmin rayon Azərbaycan ordusunun uzaqvuran artilleriya-raket sistemlərinin atəşi altındadır.

Xankəndindən şimalda erməni ordusunun S-300 sistemlərinin mövqe rayonu yerləşir və orada kompleksin radiolokasiya qurğusu, habelə bir neçə mobil raket buraxılış qurğusu yerləşir. Bundan əlavə erməni ordusunun "Kruq” zenit-raket kompleksinin mövqe rayonları da orada yerləşir və istisna deyil ki, həmin qurğu da atəşə tutulur.

Həmin mənbə onu da yazır ki, ötən gün Azərbaycan ordusu Ermənistanın silahlanmasında yer alan ən müasir Rusiya radioelektron mübarizə sistemini də sıradan çıxarıb. Belə ki, erməni ordusunun mövqelərini qoruyan "Repellent” radioelektron mübarizə sistemi Azərbaycan ordusunun kamikadze-dronu tərəfindən sıradan çıxarılıb. Rusiyanın "NTS-REB” səhmdar cəmiyyətinin istehsal etdiyi "Repellent” kiçik PUA-ların siqnallarını pozmaq üçün nəzərdə tutulmuşdu, Azərbaycanın dron-kamikadzesi də bu sinifdəndir.

Lakin naməlum səbəbdən bu sistem Azərbaycan kamikadze-dronunu nəinki aşkar edə bilməyib, üstəlik həmin dron onun özünü məhv edib. Ehtimal edilir ki, kamikadze-dronu Azərbaycanın radioelektron mübarizə sistemi qoruyub və məhz bu səbəbdən "Repellent” onu aşkar edə və qarşıya qoyulan vəzifəni yerinə yetirə bilməyib.

 

///baku.ws

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:31 20.10.2020

Bu gün işğaldan azad edilən ərazilərin tam - SİYAHISI

15:30 20.10.2020

İlham Əliyev Xocavəndin isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib

15:24 20.10.2020

Daha bir neçə yaşayış məntəqəsi işğaldan azad edilib

15:19 20.10.2020

SON DƏQİQƏ! Zəngilan şəhəri işğaldan azad edildi

15:11 20.10.2020

Prezident: "Əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır"

15:07 20.10.2020

Prezident: “Ağıllarını itiriblər, heç kim onları tanımayacaq”

15:04 20.10.2020

İlham Əliyev: “Biz böyük qayıdışın astanasındayıq”

14:54 20.10.2020

İlham Əliyev: "Mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram"

14:52 20.10.2020

İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM

14:41 20.10.2020

SON DƏQİQƏ! Ermənistan geri çəkildiyini açıqladı

14:36 20.10.2020

Paşinyanın qızı: “Xəyallarımız, hədəflərimiz puç oldu” - FOTO

14:34 20.10.2020

Son dəqiqə! Az sonra İlham Əliyev xalqa müraciət edəcək

14:32 20.10.2020

Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib - VİDEO

14:19 20.10.2020

Ermənistandan daha bir mənfur addım: Azərbaycan adından vəsait toplayırlar - XƏBƏRDARLIQ

14:08 20.10.2020

Türkiyə parlamentinin sədri Gəncə terrorundan zərərçəkmişlərə baş çəkib

13:42 20.10.2020

Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib