Rusiya meyvə və tərəvəz ixracına qoyulan qadağaları ləğv edir

Rusiya meyvə və tərəvəz ixracına qoyulan qadağaları ləğv edir
DÜNYA
14:18 12.04.2022
1000
Rusiya Türkiyəyə təzə meyvə və tərəvəz ixracına qoyulan qadağaları aradan qaldırır.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qərbi Aralıq dənizi İxracatçıları Birliyinin sədri Ümit Mirzə Çavuşoğlu Antalyaya gələn Rusiya nümayəndə heyətinin təzə meyvə-tərəvəz istehsalı, qablaşdırma və laboratoriya sahələrində apardıqları müayinələrdən sonra ixrac qadağasını qaldırdıqlarını söyləyib.
 
Mirzə Çavuşoğlu açıqlamasında Rusiya Heyvan və Bitki Karantin Xidmətinin rəis müavini Karmazin Anton Pavloviçin rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin aprelin 4-də Antalyaya gələrək çöl işləri apardığını bildirib.
 
Çavuşoğlu Türkiyədən bütün təzə meyvə-tərəvəz məhsullarının Rusiyaya ixracındakı maneəni ən qısa zamanda aradan qaldıracaqlarını gözlədiklərini qeyd edib.
 
Bölgələrindən Rusiyaya pomidor, bibər, badımcan, üzüm, əncir, albalı, şaftalı, balqabaq, nar, qreypfrut və portağal kimi məhsulların ixrac edildiyini bildirən Çavuşoğlu ixracın artırılması ilə ixrac rəqəmlərinin daha da artacağına diqqət çəkib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR