Rusiya Müdafiə Nazirliyi ötən həftə Amerika istehsalı olan 10 Quru Taktik Raket Sistemini (ATACMS) zərərsizləşdirdiyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər Ukraynadakı hərbi hədəflərə havadan, qurudan və dənizdən yüksək dəqiqliyə malik silahlar və pilotsuz uçuş aparatları ilə hücumların həyata keçirildiyi bildirilib.
Bildirilib ki, hücumlar zamanı enerji infrastrukturu, hərbi hava limanları, pilotsuz uçuş və dəniz vasitələrinin istehsal və anbar obyektləri, silah və sursat anbarları, Ukrayna əsgərləri, xarici hərbi ekspertlər və muzdlu döyüşçülərin yerləşdiyi məntəqələr hədəfə alınıb.
Açıqlamada Ukrayna ordusunun Rusiya ərazisinə hücuma cəhd etdiyi qeyd edilib.
Bildirilib ki, uzaqmənzilli Neptun raketləri, Amerika istehsalı olan 10 ATACMS raketi, Fransa istehsalı olan 15 ədəd Hammer və Amerika istehsalı olan JDAM idarəolunan təyyarə bombası, ABŞ istehsalı olan 2 ədəd HIMARS raketi, 353 ədəd pilotsuz uçuş aparatı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Bəs ATACMS (Army Tactical Missile System) taktiki raket sistemi nədir və hansı ölkəyə məxsusdur?
ATACMS (Army Tactical Missile System) ABŞ istehsalı olan taktiki ballistik raket sistemidir.
Uzun mənzilli hədəflərə yüksək dəqiqliklə hücum etmək üçün nəzərdə tutulmuş bu raket xüsusilə HIMARS və MLRS sistemləri vasitəsilə atılma qabiliyyəti sayəsində geniş mobillik təklif edir.