Rusiya MN: Gecə ərzində bölgələrdə Ukraynanın 100-ə yaxın dronu vurulub

Rusiya MN: Gecə ərzində bölgələrdə Ukraynanın 100-ə yaxın dronu vurulub
DÜNYA
09:06 27.05.2025
357
Gecə ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri ölkənin vilayətləri üzərində Ukraynanın 99 pilotsuz uçuş aparatını (PUA), o cümlədən Belqorod vilayəti üzərində 56 PUA-nı vurub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti teleqramda məlumat yayıb.

"Bu il mayın 26-da saat 20:00-dan 07:00-dək (müvafiq olaraq Bakı vaxtı ilə saat 21:00-dan 08:00-dək) Ukraynanın 99 təyyarə tipli pilotsuz uçuş aparatı növbətçi hava hücumundan müdafiə vasitələri tərəfindən ələ keçirilib və məhv edilib: 56 PUA - Belgorod vilayətinin ərazisi üzərində, 25 PUA Voronej vilayəti, 7 PUA - Vladimir, 5 PUA - Kaluqa, 4 PUA Tula, 1 PUA Rostov və Lipetsk vilayətlərinin əraziləri üzərində", - Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.

OXŞAR XƏBƏRLƏR