Rusiya MN müharibə ilə bağlı rəqəmləri şişirdir: eyni kəndlər 2 dəfə "azad olunub"

Rusiya MN müharibə ilə bağlı rəqəmləri şişirdir: eyni kəndlər 2 dəfə "azad olunub"
SİYASƏT
18:52 30.06.2022
733
Rusiya Ukraynaya qarşı apardığı müharibədə zaman-zaman dezinformasiyalardan istifadə edib.

Nəşr Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkovun hərbi əməliyyatlar başlayandan bəri bütün açıqlamalarını təhlil edib və onlarda, xüsusən də Ukrayna ərazilərinin ələ keçirilməsinin ardıcıllığı və guya Rusiya tərəfindən məhv edilən Ukrayna texnikasının sayı ilə bağlı uyğunsuzluqlar aşkarlayıb.

Rusiya MN azı iki dəfə 25 yaşayış məntəqəsinin nəzarətə götürülməsi barədə məlumat verib. Qurum dörd dəfə Kreminna şəhərinin, üç dəfə Borovenki, Taramçuk və Novomayorske yaşayış məntəqələrinin tutulduğunu açıqlayıb. Bəzən mövcud olmayan toponimlərə də press-relizlərdə rast gəlinirdi - məsələn, 17 aprel tarixli press-relizdən "Pavloqrad vilayəti” olub.

Nəşr həmçinin Rusiya MN-ın müharibə zamanı 84 "Bayraktar” PUA-nın məhv edilməsi barədə məlumat yaydığına diqqət çəkib ki, bu da Ukraynada bu dronların rəsmi olaraq bilinən sayından təxminən iyirmi dəfə çoxdur. Məhv edilmiş zirehli texnikanın sayı (3 800) təkcə müharibənin əvvəlində deyil (Rusiyanın hesablamalarına görə, 2416), həm də münaqişə zamanı mümkün olan Qərb tədarükü nəzərə alınmaqla (təxminən 700) onların sayından xeyli artıqdır.

Jurnalistlər həmçinin Ukrayna qoşunlarının "canlı qüvvə və texnikasının cəmləşdiyi ərazilər” və "istehkamları” ilə bağlı tez-tez rast gəlinən ifadələrə diqqət çəkiblər – müharibənin ilk yüz günündə Rusiya 39 min belə obyektin məhv edildiyini bildirib. Layihə bu terminin dəqiq nəyi nəzərdə tutduğunu bilmir, lakin qeyd edib ki, məhv edilmiş texnikanın ümumi sayı, press-relizlərə görə, xeyli azdır – 9 715 ədəd, həlak olan Ukrayna hərbçilərinin sayı - 40 min nəfər. Belə ki, məhv edilən hər "canlı qüvvə və texnikanın cəmləşdiyi ərazilər”ə və "istehkamlar”a Rusiya Müdafiə Nazirliyinin məntiqi ilə orta hesabla bir ölən hərbçi və dörddəbir texnika düşürdü.

Eyni zamanda nəşr MN nümayəndəsinin leksikonundakı ifadələrə də diqqət çəkib. Belə ki, "millətçilər, nasistlər” dedikdə Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, "nəzarətə almaq” dedikdə Ukraynanın şəhərinin ələ keçirilməsi, "mühasirəyə almaq” dedikdə Rusiya ordusunun şəhərin yaxınlığında döyüşlər apardığını, lakin şəhəri tuta bilmədiyi, "təmizləmə işləri” dedikdə yaşayış məntəqəsində gedən uzunsürən küçə döyüşləri, "qoşunların planlı qruplaşması” dedikdə Rusiya ordusunun geri çəkilməsi, "xüsusi hərbi əməliyyat” dedikdə isə müharibəni nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər