Rusiya MN: Ukrayna az gücə malik nüvə sursatını partlatmağı planlaşdırır

Rusiya MN: Ukrayna az gücə malik nüvə sursatını partlatmağı planlaşdırır
DÜNYA
19:39 24.10.2022
285
Kiyev rejimi Rusiyanı kütləvi qırğın silahlarından istifadə etməkdə ittiham etmək üçün az gücə malik nüvə sursatını partlatmağı planlaşdırır.

Bunu Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, İqor Kirillov bildirib.

"Rusiya Müdafiə Nazirliyində Kiyev rejiminin qondarma çirkli bomba və ya az gücə malik nüvə sursatının partladılması ilə bağlı təxribat planlaşdırdığı barədə məlumat var. Təxribatın məqsədi Rusiyanı Ukrayna əməliyyatlar teatrında kütləvi qırğın silahı törətməkdə ittiham etmək və bununla da dünyada Moskvaya olan etimadı sarsıtmağa yönəlmiş güclü anti-Rusiya kampaniyasına başlamaqdır”, deyə Rusiya MN rəsmisi vurğulayıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR