Rusiya MN Ukraynanın strateji aviasiya aerodromlarına PUA hücumunu təsdiqləyib

Rusiya MN Ukraynanın strateji aviasiya aerodromlarına PUA hücumunu təsdiqləyib
DÜNYA
19:39 01.06.2025
477
Ukrayna Rusiyanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara qarşı FPV pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törədib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

"İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi aerodromlarda bütün terror hücumları dəf edilib.

Murmansk və İrkutsk vilayətlərində, aerodromların bilavasitə yaxınlığında yerləşən ərazidən FPV PUA-larının buraxılması nəticəsində bir neçə təyyarə alovlanıb.

Yanğınlar söndürülüb. Hərbçilər və mülki şəxslər arasında itki yoxdur. Terror aktlarının bəzi iştirakçıları saxlanılıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
 
/APA
OXŞAR XƏBƏRLƏR