Rusiya Moldovaya hədə-qorxu gəldi: “Moskvadan cavab gecikməyəcək”

Rusiya Moldovaya hədə-qorxu gəldi: “Moskvadan cavab gecikməyəcək”
DÜNYA
19:06 25.06.2022
432
"Moldova Avropa İttifaqına (Aİ) daxil olmasa belə, Rusiyaya qarşı sanksiyalara qoşulmağa hazırdır, lakin Moskvadan cavab gecikməyəcək”.

Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Kişinyovun Aİ-yə namizədlik statusu almasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Moldova hökuməti lokomotivdən qabağa qaçır.

"Yeni ağalarının xoşuna gəlməyə çalışaraq, Aİ-də olmadıqları üçün ölkəmizə qarşı Avropa sanksiyalarına qoşulmağa hazırdırlar. Qoy elə olsun. Qoy cəhd etsinlər. O zaman 100% əmin ola bilərlər ki, bizdən nəinki "bahalı” enerji və digər resursları, ümumiyyətlə heç bir şey almayacaqlar. Qoy onlar Aİ-yə daxil olmamışdan əvvəl sanksiyalardan həzz alsınlar”, - deyə Medvedev xəbərdarlıq edib.
OXŞAR XƏBƏRLƏR