Rusiya Müdafiə Nazirliyi: Mariupolda humanitar dəhliz üçün atəşkəs elan edilib

Rusiya Müdafiə Nazirliyi: Mariupolda humanitar dəhliz üçün atəşkəs elan edilib
DÜNYA
15:25 31.03.2022
462
"Ukrayna mülki əhalinin və xarici vətəndaşların Mariupoldan Zaporojyeyə təxliyyəsi üçün əlavə humanitar dəhliz açıb".

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Mariupolda humanitar dəhliz yaradılması və şəhəri tərk etmək istəyən mülki şəxslərin təhlükəsiz çıxışı üçün atəşkəsin elan edildiyini açıqlayıb. 

Açıqlamada "Rusiya Silahlı Qüvvələri 31 mart 2022-ci il saat 10:00-dan başlayaraq yalnız humanitar məqsədlər üçün atəşkəs elan edir. Ukrayna mülki əhalinin və xarici vətəndaşların Mariupoldan Zaporojyeyə təxliyyəsi üçün əlavə humanitar dəhliz açıb. Bu humanitar əməliyyatın həyata keçirilməsi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin birbaşa iştirakı ilə tövsiyə olunur”, deyə bildirilib.

BQXK-nın sözçüsü Metyu Morris DHA-ya verdiyi açıqlamada həm Rusiya, həm də Ukrayna ilə təmasda olduqlarını bildirib. Humanitar dəhlizin açılması üçün tərəflərin razılığa gəlməsini gözlədiklərini ifadə edən Morris Mariupolda qalan yüz minlərlə insana kömək etməyə hazır olduqlarını ifadə edib.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR