Rusiya NATO-nun şərqə doğru genişlənməsini Avropa üçün dağıdıcı addım hesab edir

Rusiya NATO-nun şərqə doğru genişlənməsini Avropa üçün dağıdıcı addım hesab edir
DÜNYA
19:33 04.05.2023
288
Rusiya NATO-nun şərqə doğru genişlənməsini Avropanın təhlükəsizliyi üçün son dərəcə təhlükəli və dağıdıcı addım hesab edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya"ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, 1991-ci ildən sonra NATO-ya üzv ölkələrin sayı iki dəfə artıb:

"1990-cı illərdən bəri baş verənlərə baxın. Hər şey bloka üzv dövlətlərin şərqə bir qarış da hərəkət etməmək vədi ilə başladı. Moskvanın o zaman etibarlı hesab etdiyi alyans ölkələrinin bir çox dövlət xadimləri sadəcə olaraq irəliləyiş olmayacağını deyirdilər. Amma 1991-ci ildən bəri bloka üzv ölkələrin sayı iki dəfə artıb və alyans Rusiya sərhədlərinə yaxınlaşıb. Bu nümunə NATO üzvü olan ölkələrin liderlərinin verdiyi vədlərin əsl dəyərini göstərir. Bloka daxil olan dövlətlərin liderləri Moldovanı daha bir Ukrayna rolunda görürlər. Xüsusilə, onlar Kişinyovdakı hazırkı hökumətin NATO-yönlü ambisiyalarını qidalandırır, onunla hərbi-texniki əməkdaşlıq qurmaq niyyətlərini bəyan edirlər və moldovalı ali rəhbərliyin sözün həqiqi mənasında gündəlik olaraq müraciət etdiyi tamamilə nalayiq anti-Rusiya ritorikasını hər cür təşviq edirlər. Baxmayaraq ki, həmin hökumət əslində heç də moldovalı deyil.

Bilmirəm hamıda var, ya yox, amma onların böyük əksəriyyətinin Rumıniya pasportu da var. Onların Moldova dilinin adını rumın dilinə çevirmələrinə əsaslansaq, belə nəticəyə gəlmək olar ki, onlar Moldovadan daha çox Rumıniya vətəndaşlarıdır və onların siyasəti daha çox Rusiya ilə qarşıdurma əhval-ruhiyyəsində olmayan Moldova xalqının əsas maraqlarına xidmət etməyə deyil, Rumıniyanın Moldova ilə bağlı ekspansionist ambisiyalarını təşviq etməyə və NATO ölkələri ilə yaxınlaşmasına yönəlib.

Biz Moldova ilə bütün sahələrdə qarşılıqlı faydalı mehriban qonşuluq əməkdaşlığını inkişaf etdirməyə hazır olduğumuzu və onunla praqmatik əməkdaşlığa hazır olduğumuzu dəfələrlə demişik, lakin təəssüflər olsun ki, Kişinyovda anti-Rusiya ritorikası üstünlük təşkil edir və NATO ilə münasibətlərin daha da yaxınlaşması üçün tədbirlər görülür", - Rusiya XİN başçısının müavini vurğulayıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər