Rusiya: Nə Putin, nə də Tramp vaxtlarını itirmək istəyir

Rusiya: Nə Putin, nə də Tramp vaxtlarını itirmək istəyir
DÜNYA
14:13 22.10.2025
106
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Macarıstanda keçirilməsi planlaşdırılan zirvə görüşü ilə bağlı açıqlama verib. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Peskov Moskvada jurnalistlərə Putin və Tramp arasında Budapeştdə planlaşdırılan sammit barədə danışıb.

Həm Rusiya, həm də ABŞ-nin sammitin keçirilməsini tələb etdiyini qeyd edən Peskov, "Ukrayna ilə bağlı proses dalana dirənib. Mövcud durğunluq ən yüksək səviyyəli orqanların müdaxiləsini tələb edir. Ancaq bu müdaxilə yaxşı hazırlanmalıdır" deyə bildirib.

Rusiyanın Ukrayna probleminin həllinə yanaşmasının bəlli olduğunu bildirən Peskov, bu yanaşmanın təfərrüatlarının daha əvvəl müxtəlif rəsmilər, o cümlədən Putin tərəfindən açıqlandığını bildirib.

Peskov, Budapeştdə keçirilməsi planlaşdırılan sammitlə bağlı açıqlayacaq yeni bir inkişafın olmadığını vurğulayaraq, "Görüşlə bağlı məlumatlarda çoxlu şayiələr və dedi-qodular var. Ümumiyyətlə, bunlar həqiqətə uyğun deyil" dedi.

Peskov sammitə hazırlıqların davam etdiyini qeyd edərək, "Nə Putin, nə də Tramp vaxt itirmək istəmir. Effektiv sammit hazırlıq tələb edir. Bu iki prezident səmərəli və yüksək performansla işləməyə öyrəşiblər" deyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR