Rusiya hökuməti Norveçi qeyri-dost ölkələr siyahısına daxil edildiyini bildirib.
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya hökumətindən verilən yazılı açıqlamada Norveçin Rusiya diplomatik və konsulluq nümayəndəliklərinə qarşı düşmənçilik hərəkətləri edən xarici ölkələr siyahısına daxil edildiyi bildirilib.
Açıqlamada vurğulanıb ki, sözügedən qərara uyğun olaraq, Norveçin Rusiyada işlədə biləcəyi yerli kadrların sayı 27 nəfərlə məhdudlaşdırılıb.
Norveç aprel ayında 15 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Mikayıl