"Rusiyanın "çirkli bomba”dan istifadə etməsi Putinin qəddarlığının daha bir nümunəsi olacaq".
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.
O bildirib ki,Rusiya Ukraynaya qarşı nüvə silahı və ya "çirkli bomba"dan istifadə edərsə, bunun nəticələri ilə üzləşəcək.
Praysın sözlərinə görə, Birləşmiş Ştatlar artıq ruslara nüvə silahından istifadənin doğura biləcəyi ciddi nəticələr barədə xəbərdarlıq edib.