Rusiya Odessaya ən böyük hücumunu həyata keçirdi

Rusiya Odessaya ən böyük hücumunu həyata keçirdi
DÜNYA
10:47 20.07.2023
252
Ukraynada Odessa meri Gennadi Truhanov Rusiyanın Odessaya müharibə başlayandan bəri ən böyük hücumu həyata keçirdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, Odessa meri Gennadi Truhanov "Facebook” hesabından verdiyi açıqlamada Rusiyanın gecə saatlarında şəhərə müxtəlif raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini bildirib.

Hücum nəticəsində bəzi evlərə ziyan dəydiyini deyən Truhanov 1-i uşaq olmaqla 10 nəfərin yaralandığı barədə məlumat paylaşıb. 

O, açıqlamasında bildirib:

"Bu gecə ən qorxulu gecələrdən biri idi. Müharibə başlayandan bəri belə miqyaslı hücumu xatırlamırıq”.

Gülay
OXŞAR XƏBƏRLƏR