Rusiya ordusu daha iki yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya ordusu daha iki yaşayış məntəqəsini nəzarətə götürdü
DÜNYA
19:22 29.03.2025
357
Rusiya hərbçiləri iki yaşayış məntəqəsini - Ukraynanın Donetsk vilayətindəki Panteleymonovkanı və Zaporojye vilayətindəki Şerbakini nəzarətə götürüblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi  məlumat verir.

Panteleymonovka Nyu-York (Novqorodskoye) şəhər tipli qəsəbəsinin cənub-qərbində yerləşir. Rusiya tərəfi ötən avqustda bu qəsəbənin ələ keçirilməsi barədə məlumat vermişdi.

Şerbaki Zaporojye vilayətinin Orexov rayonunda yerləşir. Həftənin əvvəlində hərbi idarə Orexovun qərbində, bu şəhəri Stepnoqorskla birləşdirən yolda yerləşən Malıye Şerbaki üzərində nəzarəti ələ keçirdiyini bildirmişdi.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR