Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi

Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
DÜNYA
19:32 15.03.2023
200
Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhərindəki Zaliznyanskoye yaşayış məntəqəsini ələ keçirib.

Bu barədə "Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin bildirib.

Onun sözlərinə görə, Baxmutun müdafiəsi genişlənir.

Rusiya Müdafiə Nazirliyi hələ ki məlumata münasibət bildirməyib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Baxmutda ciddi döyüşlərin getdiyini bildirmişdi.
OXŞAR XƏBƏRLƏR