Rusiya ordusu Ukraynada neft anbarını vurdu

Rusiya ordusu Ukraynada neft anbarını vurdu
DÜNYA
14:09 28.03.2022
261
Ukraynanın Lutsk şəhərindəki neft anbarı Rusiya ordusu tərəfindən vurulub.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Rusiya ordusu Ukraynanın Volinskaya vilayətinin Lutsk şəhərindəki neft bazasına zərbələr endirib.
 
Rusiyanın Ukraynaya hücumlarının 32-ci günündə Rusiya ordusu Ukraynanın Volinskaya bölgəsindəki Lutsk şəhərini hədəfə alıb.
 
Partlayışları təsdiqləyən Volinskaya qubernatoru Yuriy Poqulyayko sosial şəbəkə hesabından verdiyi açıqlamada "Bölgəmizdə partlayışlar baş verib. Raketlər neft anbarını hədəfə alıb. Hava zərbələri təhlükəsi davam edir. Sığınacaqlarda qalın", - deyə bildirib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR