Rusiya ordusu Ukraynanın 400-dən çox PUA-sını vurdu

Rusiya ordusu Ukraynanın 400-dən çox PUA-sını vurdu
DÜNYA
14:24 29.06.2026
164
Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən sutka ərzində Ukraynanın 415 PUA-sını və 12 idarə olunan aviasiya bombasını vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən sutka ərzində Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi yanacaq, enerji və nəqliyyat infrastrukturu obyektlərinə, PUA-ların saxlanması və buraxılış məntəqələrinə zərbələr endirib.

Rusiya MN Ukrayna tərəfinin son 24 saat ərzində "xüsusi hərbi əməliyyat” zonasında 1500-dən çox hərbçi itirdiyini açıqlayıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR