Rusiya ordusu Ukraynanın Donetsk vilayətində daha iki yaşayış məntəqəsini ələ keçirib

Rusiya ordusu Ukraynanın Donetsk vilayətində daha iki yaşayış məntəqəsini ələ keçirib
DÜNYA
19:38 06.11.2024
185
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Antonovka və Maksimovka yaşayış məntəqələrini nəzarətə götürüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya qoşunları "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti-red) Antonovka və Maksimovka yaşayış məntəqələrini azad edib.

Bundan əlavə, qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın MiQ-29 təyyarəsini, səkkiz Hammer aviasiya bombasını, dörd HIMARS raketini və 23 PUA-sını vurub.
 
///apa
OXŞAR XƏBƏRLƏR