Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb

Rusiya ordusu Xəzər dənizindən Ukraynaya altı raket atıb
DÜNYA
23:14 16.07.2022
353

İyulun 16-da günorta saatlarında Rusiya ordusu Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

"Altı ədəd "X-101” (X-555) raketi "Tu-95MS” bombardmançı təyyarəsindən atılıb.

"Dörd raket Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən məhv edilib. Digər ikisi Çerkassı vilayətindəki iki kənd təsərrüfatı müəssisəsinə düşüb, dağıntı və tələfatın təfərrüatları dəqiqləşdirilir” - Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında qeyd olunub.
OXŞAR XƏBƏRLƏR