Bu gün Rusiya ordusu Xerson şəhərini atəşə tutarkən mərmilərdən biri sərnişin avtobusuna dəyib.
Bu barədə "Unian" Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən məlumat yayıb.
Hadisə nəticəsində bir sərnişin ölüb, 5 nəfər isə yaralanıb.
Məlumata görə, xəstəxanaya yerləşdirilən bütün yaralılar qəlpə yarası alıb. Həkimlər yaralılara təcili yardım göstərib.
Prokudinin sözlərinə görə, son sutkada Rusiya ordusunun zərbələri nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
///apa










































