Rusiya parlamentinin sədri miqrantlara səsləndi: "Ailələrinizi gətirməyin"

Rusiya parlamentinin sədri miqrantlara səsləndi: "Ailələrinizi gətirməyin"
DÜNYA
17:56 20.09.2025
224
"Rusiyaya qazanc məqsədilə gələn əcnəbilər öz ailələrini yanlarında gətirməməlidirlər".

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Telegram" kanalında yazıb.

Volodin qeyd edib ki, Dövlət Dumasında qeyri-qanuni miqrasiya ilə mübarizə ilə bağlı məsələlər artıq müzakirə olunub. Həmin vaxt bir sıra konkret təkliflər səsləndirilib.

"Əgər biz əmək miqrasiyasından danışırıqsa, insanlar ölkəyə işləmək üçün gəlirlər, işlədilər - getdilər. Ailələrin, uşaqların bununla nə əlaqəsi var? Orada artıq başqa tələblər var", - deyə Volodin bildirib.
//oxu.az
OXŞAR XƏBƏRLƏR