Rusiya Paşinyana qarşı hərəkətə keçir: “İrəvanın Qərbə yönəlməsinin qarşısını almağa çalışacaq”

Rusiya Paşinyana qarşı hərəkətə keçir: “İrəvanın Qərbə yönəlməsinin qarşısını almağa çalışacaq”
SİYASƏT
11:51 03.09.2026
696
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum keçirmək ideyasından imtina etdiyini açıqlayıb. Paşinyan bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı danışıb. O, Ermənistanın Aİ ilə bağlı qanunu qəbul etdiyini, lakin bunun Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinə mane olmadığını bildirib.

Görüşdə tərəflər Ermənistanın Avropaya inteqrasiyası və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı məsələsində fərqli mövqelər səsləndiriblər.

Politoloq Elçin Xalidbəyli AZXEBER.COM-a açıqlamasında deyib ki, Rusiyanın Ermənistana yönəlik tələbləri kifayət qədər absurd xarakter daşıyır:

"Putin və Paşinyan arasındakı görüşdə gündəmə gətirilən məsələlər faktiki olaraq Kremlin rəsmi İrəvana yeni təzyiq kampaniyasının başlanğıcı kimi görünür. Bu təzyiq kampaniyasında daha çox iqtisadi-ticari məsələlər üzərindən təzyiq göstəriləcəyi müşahidə olunur. Ancaq Rusiyanın Ermənistana yönəlik tələbləri kifayət qədər absurd xarakter daşıyır. Çünki hər hansı ölkə öz ərazisində hansısa məsələ ilə bağlı referendum keçirib-keçirməyəcəyini müstəqil şəkildə müəyyən etməlidir. Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı hər hansı bəyanat verməyibsə, bu, Rusiya üçün kifayət etməlidir. Ermənistan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirirsə, bu da rəsmi İrəvanın daxili işidir”.


O qeyd edib ki, Rusiya Ermənistanın Qərbə yaxınlaşmasının qarşısını almağa çalışır:

"Kremlin əsas arqumenti ondan ibarətdir ki, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etmək lazımdır və bu iki təşkilatda eyni vaxtda fəaliyyət göstərmək mümkün deyil. Bu, müəyyən mənada məntiqli görünə bilər. Ancaq burada problem ondan ibarətdir ki, hazırda Ermənistan bir tərəfdən Avropa İttifaqının üzvü deyil, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqında fəaliyyət göstərir. Əgər Avropa İttifaqına üzvlük prosesi Avrasiya İqtisadi İttifaqında fəaliyyətlə bağlı problem yaradırsa, onda Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatındakı fəaliyyəti də Avrasiya İqtisadi İttifaqında fəaliyyətinə problem yaratmalıdır. Ancaq nədənsə, Kreml yalnız Avropa İttifaqı ilə bağlı məsələləri ön plana çıxarmağa çalışır. Şanxay Əməkdaşlıq Təşkilatı məsələsində isə Kreml eyni mövqeni nümayiş etdirmir. Bu da onu göstərir ki, əsas məsələ Ermənistanın Rusiyadan uzaqlaşıb Qərbə yaxınlaşmasının qarşısının alınmasıdır”. 

"Ancaq indiki şəraitdə rəsmi İrəvanın öz hədəflərindən və yaxud mövqeyindən geri çəkiləcəyi o qədər də inandırıcı görünmür. Çünki bu proses artıq kifayət qədər dərinləşib. Rəsmi İrəvan Avropa İttifaqına üzvlük məsələsində konkret addımlar atmaq niyyətindədir. Digər tərəfdən, Amerika Birləşmiş Ştatları ilə iqtisadi strategiyanın təsdiqi barədə sənəd imzalanıb. Buna paralel olaraq, eyni zamanda ABŞ və Ermənistan arasında TRIPP layihəsinin reallaşdırılması ilə bağlı hüquqi sənədlər də artıq imzalanıb və layihənin icrasına başlanmaq üzrədir. Bu da o deməkdir ki, istənilən halda Ermənistan Qərbə yönəlik xarici siyasətini davam etdirmək məcburiyyətindədir və bu məsələdə Rusiyanın istədiyi mövqedən çıxış etmək imkanlarını itirib. Rusiya indiki mərhələdə Ermənistana qarşı iqtisadi-ticari faktorlar üzərindən təzyiq göstərməyə çalışacaq. Ermənistan iqtisadiyyatının çökməsi prosesi rəsmi İrəvanı öz mövqeyindən döndərmədiyi halda isə Rusiyanın hərbi faktorlar üzərindən təzyiq göstərməyə başlayacağı da qətiyyən istisna deyil”,-deyə politoloq bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
20:36 23.10.2026
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
20:31 23.10.2026
Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
Netanyahu: İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata hazırlaşır
20:28 23.10.2026
Netanyahu: İsrail ordusu İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata hazırlaşır
Fransa polisi bu matçın vaxtını dəyişdirdi
20:23 23.10.2026
Fransa polisi bu matçın vaxtını dəyişdirdi
Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib
20:19 23.10.2026
Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
20:16 23.10.2026
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
20:14 23.10.2026
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
20:11 23.10.2026
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var
20:06 23.10.2026
Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
20:03 23.10.2026
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
20:00 23.10.2026
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
Ermənistanda Samvel Karapetyanın daha 10 tərəfdarı saxlanılıb
19:31 23.10.2026
Ermənistanda Samvel Karapetyanın daha 10 tərəfdarı saxlanılıb
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
19:13 23.10.2026
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
Rumıniya Prezidenti Qara dənizdə batan gəmiyə görə Rusiyanı ittiham edib
18:56 23.10.2026
Rumıniya Prezidenti Qara dənizdə batan gəmiyə görə Rusiyanı ittiham edib
Rusiya ilə Ukrayna arasında "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi aparılıb
18:39 23.10.2026
Rusiya ilə Ukrayna arasında "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi aparılıb
Parisdə naməlum kişi avtomobildən atəş açıb: 1 nəfər ölüb, 4 yaralı var
18:26 23.10.2026
Parisdə naməlum kişi avtomobildən atəş açıb: 1 nəfər ölüb, 4 yaralı var